5 Sentyabr 2018 21:57
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yerli vaxtla saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,7 bal, dərinliyi isə 16 km olub.

Yeraltı təkanlar episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər