Bakının Nəsimi rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini Azər Bağırov saxlanılıb.
Ondan “Beretta-8000” markalı tapança və 19 ədəd patron götürülüb.
Məlum olub ki, Azər Bağırov əvvəllər məhkumluq həyatı yaşayıb.