21 Sentyabr 2018 12:03
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Əyyublu kəndində Yevlax rayon sakini, 1975-ci il təvəllüdlü Qurban Rzayev kirayə qaldığı evdə tanışları tərəfindən döyülüb və daha sonra bıçaqlanıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona vaxtında tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlum olub ki, Qurban Rzayev kirayədə qaldığı evdə 3 nəfər tanışı ilə yeyib-içib. Daha sonra sərxoş vəziyyətdə olan dostlar arasında mübahisə düşüb. Mübahisə zamanı Qurban Rzayev döyülərək bıçaqlanıb.

Tanışlar arasında mübahisənin yaranmasına səbəb Qurban Rzayevin evdən çıxarılıması olub.

Tanışları kirayə qaldıqları evdən Qurban Rzayevin getməsini tələb ediblər. Amma Qurban Rzayev onların sözlərinə əhəmiyyət verməyib. Buna görə də tanışlar arasında mübahisə yaranıb.

Faktla bağlı Tovuz rayon polis şöbəsinin istintaq şöbəsində cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov