Hacıqabul rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun dəmir yolu stansiyasının ərazisindən 832 manat dəyərində 16 ədəd beton bağlayan sinklənmiş metal kəmər və 480 manat dəyərində poladdan hazırlanmış ehtiyat hissələri oğurlanıb.
Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Rəhman Qoçəliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.