Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki kompyuter salonlarının birindən pul və 1 ədəd kompyuter oğurlanıb.
12-ci polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İsmayıl Rüstəmov saxlanılıb.
Onun Bülbülə qəsəbəsi ərazisindəki gözəllik salonlarının birindən mobil telefon oğurlaması da müəyyən edilib.