3 Noyabr 2018 21:45
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun 1968-ci il təvəllüdlü Köhnə Qışlaq kənd sakini Hüseynov Akif Fərhad oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Nəticədə sürücü və onun maşında olan 1975-ci il təvəllüdlü qardaşı Hüseynov Rakif Fərhad oğlu müxtəlif bədən xəsarətləri alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkirdə yol qəzası nəticəsində bir neçə nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər