Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə noyabrın 19-da, gecə saat 4 radələrində qeydə alınıb.
Bakı şəhər sakini Alim Əhmədov naməlum şəraitdə bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib.
Alim Əhmədovun bıçaqlanması barədə xəstəxanadan Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə məlumat verilib.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat tədbirləri ilə münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Bayram Orucov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.