Azərbaycanda daha bir qadın məişət zorakılığının qurbanı olub. O, illərdir həyat yoldaşı tərəfindən döyülüb, təhqir edilib.
Teleqraf.com “Xəzər” TV-yə istinadən xəbər verir ki, Aran rayonlarının birindən qaçan qadın Bakıda yerləşən Uşaqlar Birliyininin sığınacağına gəlib.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, qadın gördüyü şiddətdən ciddi psixoloji sarsıntı keçirib.
Sədrin sözlərinə görə, zorakılığa məruz qalan qadın müəyyən dövrlərdə xəyanətdə ittiham edilib. İki azyaşlı qızı ilə rayondan Bakıya gələn qadın həyat yoldaşından qanuni şəkildə boşanmaq istəyir.