9 Dekabr 2018 15:09
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə yol qəzası baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobillərin birində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com