19 Dekabr 2018 12:13
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunun Padarçöl kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Durasan Əsgərovun idarə etdiyi və Pirbəhli kənd sakini Ulduzxan Səmədovun idarə etdikləri “VAZ-2121” markalı 2 avtomobil toqquşub.

Nəticədə U.Səmədovun sərnişinlərindən, arvadı Solmaz hadisə yerində ölüb, özü və digər sərnişini - qızı Mixək, habelə D.Əsgərov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov