Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisində baş verən zəlzələdən sonra hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir.
Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, ilkin məlumatlara əsasən, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.
Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb.
Zəlzələlərdən 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.
Mərkəzdən yeraltı təkanların hazırda davam etdiyi bildirilib.