İranın qərbindəki Loristan əyalətinin mərkəzi Hürrəmabad şəhərində yanacaqdoldurma məntəqəsinə silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, hadisə zamanı 1 polis həlak olub, biri yaralanıb.
Hücum edən şəxslərin yanacaqdoldurma məntəqəsindəki tankeri hədəf aldığı bildirilir. Tankerin alovlanması nəticəsində partlayış baş verib, ətrafdakı evlərin şüşələri qırılıb.