Vətəndaşlara hədə-qorxu gəlməklə pul tələb etməkdə təqsirli bilinən “Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Mahmud Tağıyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 20-nə təyin olunub.
İstintaq orqanı tərəfindən Mahmud Tağıyevin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
İstintaq sənədlərinə görə, Mahmud Tağıyevin cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Bədəlov, həmçinin daha iki nəfər tanınıb.