18 Fevral 2019 13:52
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Novxanı kəndində əmisinin evindən oğurluq edən şəxsin başqa cinayəti də üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, ötən həftə Abşeron polisi öz əmisinin evindən 8 min manatlıq qızıl zinət əşyaları oğurlayan Mətləb Cavadovu tutub.

O, ilkin ifadəsində hadisədən peşiman olduğunu və bu cinayəti narkotik maddə aludəçisi olduğu üçün törətdiyini səmimi şəkildə etiraf edib.

Əvvəllər də məhkumluq həyatı yaşayan Mətləb Cavadov oğurluq yolu ilə əldə etdiyi qızılların bir hissəsini Sumqayıtda, qalanını isə ayrı-ayrı şəxslərə pul müqabilində satdığını bildirib.

İstintaq araşdırması zamanı Mətləb Cavadovun daha bir oğurluq əməlinin üstü açılıb.

Onun fevralın 14-də rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər