2 Sentyabr 2014 18:06
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavat Partiyasının başqanlığına hələ ki 1 nəfər namizədliyini verib”.

Bu sözləri Müsavat başqanının müavini Gülağa Aslanlı Teleqraf.com-un sorğusuna cavabında deyib.

Onun sözlərinə görə, Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) 8, sərbəst Məclis üzvlüyünə isə 37 nəfər namizədliyini irəli sürüb.

G.Aslanlı qeyd etdi ki, seçkili orqanlara rəsmi müraciət sentyabrın 17-də saat 10:00-dək davam edəcək.

Müsavatçılardan başqanlığa Arif Hacılı, Qubad İbadoğlu, Səxavət Əlisoy və Tural Abbaslı iddiaçı olduqlarını dilə gətirsələr də, indiyədək yalnız T.Abbaslı rəsmi şəkildə namizədliyini irəli sürüb.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayı sentyabrın 27-də keçiriləcək. Seçkili orqanlara namizədlərin irəli sürülməsi avqustun 28-də başlayıb və qurultaya 10 gün qalmış, yəni sentyabrın 17-də başa çatacaq.

Xatırladaq ki, 1911-ci ildə qurulmuş Müsavat Partiyası indiyəcən 7 qurultay keçirib. Sonuncu qurultay 2006-cı ildə olub. Müsavatın 8-ci qurultayının gündəliyində əsas məsələ başqan seçkisidir. Partiya nizamnaməsi eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır. Bu o deməkdir ki, 2001, 2006-cı illərdə keçirilən qurultaylarda başqan seçilmiş İsa Qəmbər postundan getməlidir.

Nərgiz

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər