16 Aprel 2019 11:44
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda dəhşətli qətl törədilib.

Publika.az xəbər verir ki, rayonun Qərvənd kəndində yaşayan, Laçın rayonundan məcburi köçkün 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı 10 aylıq qızını boğaraq öldürüb. O, daha sonra Quzanlı qəsəbəsinə gedərək polisə təslim olub.

Bildirilir ki, G.İsmayılova bir müddət əvvəl Ağdamın işğal altında olan Göytəpə kənd sakini ilə ailə qurub və onlar Qərvənddə məskunlaşıb. Geridə qalan müddətdə ailədə mütəmadi olaraq münaqişələr baş verib və onlar boşanmaq həddinə çatıblar. Uşağın atası Güneli boşayandan sonra övladını onun əlindən alacağını deyəndən sonra 27 yaşlı qadın səbi haldı körpəsini öldürmək qərarına gəlib.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com