24 May 2019 12:35
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Neftçala və Yevlax rayonlarında baş verən dəşətli qəzalarala bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, mayın 23-də saat 5 radələrində Neftçala rayonunun Qaçaqkənd kəndi ərazisində Yardımlı rayon sakini Səlim Mirzəyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu qarşıda gedən Lənkəran rayon sakini, S.Ağayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə mikroavtobusun sürücüsü və 3 sərnişini hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Bundan başqa, mayın 23-də saat 8 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Yuxarı Qarxun kənd sakini Xudaverdi Şərifov idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusu aşırıb.

Nəticədə 2 sərnişin hadisə yerində ölmüş, sürücü və 19 sərnişini xəstəxanaya yerləşdiriliblər. Onlardan 6 nəfərin vəziyyəti orta-ağır, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər