Kürdəmir rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1978-ci il təvəllüdlü Əliyev Namiq Rafiq oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.