18 İyun 13:43
209

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ərkivan qəsəbəsi ərazisində B.Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Ramal Həsənov xəstəxanaya yerləşdirilib və orada ölüb.


Müəllif: Hacı Zeynalov