Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com-un xəbərinə görə, Daxili İşlər Nazirliyinin "102 – Zəng Mərkəzi" Xidmətinə iyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib. Evdən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Əlövsətov, arvadı P.Qarayeva və paytaxt sakini N.Rzayeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.