29 İyul 2019 17:27
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə çay evində baş vermiş bıçaqlanma hadisəsini törədənlər istintaqa cəlb olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 27-də saat 02 radələrində Mingəçevir şəhərində “083” adlı çay evində şəhər sakinləri Kənan Quliyev və Razi Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Elmir Hüseynov, Vüqar İbrahimov və Soltan Səlimova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı ilə bağlı Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 126.2.1-ci (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş, cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq maddi sübut kimi götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Kənan Quliyev və Razi Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər