21 Avqust 2019 15:10
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dəhşətli qəzanın qarşısı son anda alınıb.

Teleqraf.com avtosfer.az-a istinadən xəbər verir ki, 10 TH 407 dövlət nömrə nişanlı marşurut avtobusu piyada keçidinin üstündə saxlayıb. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onu ötmək istəyir. Piyada keçidindən bir neçə metr irəlidə, avtobusun qabağından uşaq yola qaçır. Qadın isə onun ardınca gedir. Son anda yük maşının altına düşməkdən xilas olur. "Kamaz"ın sürücüsü manevr edir, eyni zamanda qadın uşağın əlindən tutaraq geri çəkilir. Nəticədə bədbəxt hadisə baş verimir.

Avtobus piyada keçidinin üstündə dayanmaqla, "Kamaz" sürücüsü sürəti azaltmamaqla qaydanı pozur. Piyadalar isə müəyyən olunmuş yerdən yolu keçməlidir. Videonu təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər