25 Avqust 2019 18:28
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rus rejissoru İqor Xomski ölüb.

Teleqraf.com xəbər verir ki, mədəniyyət xadimi avtomobil qəzasında dünyasını dəyişib.

Bu gün səhər saatlarında şəxsi avtomobili ilə hərəkətdə olarkən yol kənarında dayanmış “KamAZ” markalı yük maşınına çırpılan Xomski hadisə yerindəcə keçinib.

Qeyd edək ki, İqor Xomski Rusiyanın məşhur rejissor, senarist və aktyorudur. 1976-cı ildə Moskvada doğulan Xomski ən çox “Daş cəngəllik qanunları” serialı ilə məşhurlaşıb. Bundan əlavə, onun “Şaman” filmi də geniş auditoriyada məşhurdur.


Müəllif: Teleqraf.com