Ağcabədi rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonunun Şənlik kəndində yaşayan N.Bayramovun evinə gəlmiş Xocavənd kənd sakini olan kürəkəni R.Quliyev münaqişə zəminində orada olan arvadı V.Quliyevaya bıçaqla xəsarət yetirib.
Ağcabədi rayon polis şöbsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən R.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.