16 Sentyabr 2014 14:46
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qardaş Türkiyə dövləti nüvə dövləti olmalıdır. Bu gün Türkiyə dünyada nüfuzlu dövlət olmaq istəyirsə, mütləq nüvə dövlətinə çevrilməlidir. 75 milyondan artıq əhalisi olan bir ölkənin nüvə dövlətinə çevrilməsi, həm də dövlətin təhlükəsizliyinin təminatıdır”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bu Türkiyənin Qərbdən və qonşu ölkələrin təzyiqindən qurtulmağın yeganə yolu budur: “Bu gün hansı dövlətin əlində nüvə varsa, Qərb o dövlətlə “hörmətlə” danışır. Onun dövlət maraqlarına zərbə vurmağa ehtiyat edir. Artıq Ukrayna rəsmiləri də nüvə dövləti olmaq haqqında düşünürlər və bu istəklərini dilə gətirirlər. Fikirləşirlər ki, bu vasitə ilə Rusiyanın təzyiqini azalda bilərlər. Hazırda indiki vəziyyətdə Qərb istənilən vaxt Türkiyəyə istədiyi oyunu oynaya bilər, ondan ikinci bir Liviya və ya Suriya düzəldə bilər. Türkiyə öz gücündən böyük görsənməyə çalışır və bunun da əslində ölkəyə çox böyük zərəri dəyir. Bu ölkənin İsraillə bağlı son hadisələrinə nəzər yetirək. Türkiyə vətəndaşlarını qətlə yetirdilər, heç nə edə bilmədi. İqtisadi əlaqələri belə kəsməyə gücü çatmadı. Səfiri geri çağırıb , təzədən İsrailə qaytardı”.

N.Orduxanlı Türkiyənin nüvə dövləti olmağının mümkünlüyündən də danışıb: “AKP hakmiyyəti ağıllı siyasət apara bilsə, ölkə daxili müxalifətlə münasibətlərində yumşaltma etsə, yersiz təkəbbür aradan qalxsa, yaranmaqda olan şəxsiyyətə pərəstiş dayandırılsa, ağıllı siyasət nəticəsində Türkiyə günlərin bir günü nüvə dövləti ola bilər. Yəni, bu istiqamətdə işlərin gördükdən, dinc məqsədlərlə nüvə reaktorlarını qurduqdan və texnologiyaları əldə etdikdən sonra Azərbaycan, Pakistan və digər türk respublikalarının köməyi ilə Türkiyə bunu edə bilər. Təbii ki, Azərbaycan qardaş Türkiyənin nüvə dövləti olmasında istənilən köməyini edə bilər”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər