Putin: "Mariupoldan Krımadək dayanmadan gedəcəyik"
Ukrayna parlamentinin qapalı keçirilən toplantısından mediaya maraqlı xəbərlər sızıb.
Teleqraf.com-un xəbərinə görə, az öncə keçirilən toplantıda deputatlar qarşısında çıxış edən Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, Ukrayna Rusiya ilə müharibə aparmaq iqtidarında deyil. Bu barədə Ukraynanın İNSİDER nəşri yazıb.
Xəbərə görə, Rusiya prezidenti Vladimir Putin telefon söhbətində Petro Poroşenkonu hədələyib. O, bildirib ki, Donbasın xüsusi statusu ilə bağlı qanun qəbul edilməyəcəyi təqdirdə Rusiya qoşunları Mariupoldan Krımadək dayanmadan hərəkət edəcək.
Bununla bağlı İNSİDER yazır: "Prezident Radanın fraksiya başçılarına bildirib ki, Putin daim onunla telefon əlaqəsindədir. Poroşenko deyib ki, Putin qanun qəbul edilməyəcəyi təqdirdə, qoşunları Mariupoldan Krıma doğru hərəkətə getirəcəyi və yarmadaya çatanadək dayanmayacaqlarını bildirib".
Xəbərə görə, Poroşenko qanunu qəbul etməyəcəkləri təqdirdə Rusiya ilə genişmiqyaslı müharibəyə görə günahkar olacaqlar: "Prezident həmçinin bildirib ki, şimal-şərq qonşumuzla faktiki olaraq heç cür döyüşmək mümkün deyil. Çünki döyüş qabiliyyətli hərbi texnikanın 60 faizi məhv edilib. Prezident fraksiya rəhbərlərinə Donbasın xüsusi statusu ilə bağlı qanunun qəbul edilməsinin vacib olduğunu bildirib".
Qeyd edək ki, Ukrayna parlamenti sentyabrın 16-da Ali Radanın qapalı iclasında Donetsk və Luqansk vilayətlərinin bəzi regionlarının xüsusi statusu və amnistiya barədə qanun qəbul edib.
Nihad