17 Sentyabr 2014 21:53
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milo Cukanoviç şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Sentyabrın 17-də Monteneqronun Baş naziri Milo Cukanoviç Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqronun Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Milo Cukanoviçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Ayxan


Müəllif: