6 Noyabr 2019 12:36
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qayda pozaraq qəza törədən avtobus sürücüsünün görüntüsü təhlükəsiz şəhər kamerasına düşüb.

Teleqraf.com avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın 28 May küçəsinin sağ zolağında yüksək sürətlə hərəkət edən marşrut avtobusunun sürücüsü qəfildən sol zolağa keçərək qarşıda dayanmış "Mitsubishi" markalı avtomobillə toqquşub.

Yol-nəqliyyat hadisəsinə səbəb olan avtobusun sürücüsü həm hərəkət sürətinə riayət etməyib, həm də manevr qaydasının tələblərini kobud şəkildə pozub.


Müəllif: Teleqraf.com