11 Noyabr 2019 16:44
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda yanğın faktı qeydə alınıb.

Bu barədə Teleqraf.com-a FHN-dən verilən məlumatda deyilir.

Məlumata görə, rayonun Çayarxı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 144 m² olan talvarın altına yığılan 4400 ədəd taxta taradan 500 ədədi yanıb. Talvar və taraların qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com