15 Noyabr 2019 12:47
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Balakəndə baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 14-də Balakən rayon sakini Elvin Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə hadisənin həmin gün Hənifə kəndi ərazisində kənd sakini Z.Layıcov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə pul üstündə baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər