20 Noyabr 2019 13:35
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Ağsu rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə noyabrın 19-da saat 12 radələrində Ağsu rayonu ərazisindəki Ağsu aşırımında baş verib.

Sumqayıt şəhər sakini Rasim Abdullayev idarə etdiyi “İsuzu” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini - Abşeron rayon sakini Tahir Rüstəmov xəstəxanaya yerləşdirilib, sonuncu şəxs orada ölüb.

Faktla bağlı Ağsu rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hər iki şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər