25 Noyabr 2019 11:20
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

Bu barədə Teleqraf.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından biri zərərsizləşdirilib. Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran ərazisinə qaçıb.

Hadisə yerində 1 ədəd politelen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metafetamin növündə narkotik vasitə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub.

İranın sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucusunun İran vətəndaşı olması müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər