22 Sentyabr 2014 17:47
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamenti bu cür qətnamələrlə Azərbaycana təzyiq göstərə bilməz. Ölkəmizin nəhəng enerji layihələrinə imza atdığı bir zamanda belə bir qətnamənin qəbulu anti-azərbaycançı qüvvələrin planıdır”. Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, Almaniya parlamentinin üzvü tərəfindən təqdim olunan layihənin Avropa Parlamentinin üzvləri tərəfindən qəbulu təəssüf doğurur. Onun sözlərinə görə, bəzi xarici qüvvələr hansısa bir məsələni problemə çevirərək Azərbaycan qarşı istifadə etməyə çalışırlar: “Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün insan haqları, yaşamaq, sərbəst toplaşmaq hüquqları, ümumiyyətlə bütün hüquqları pozulub. Amma beynəlxalq təşkilatlar onların hüquqlarının bərpası istiqamətində ciddi addımlar atmırlar. Avropa Parlamentinin bu cür addımı isə özünün nüfuzuna zərbə vura bilər”.

Səxavət


Müəllif: