1 Yanvar 2020 21:00
1 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində Bakı şəhər sakini olan bir qadının pulunu və 7000 manat dəyərində qızıl əşyalarını naməlum şəxs əlindən alıb.

Zərərçəkmiş baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq cinayətini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Musayev saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər