23 Sentyabr 2014 23:16
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov 2014-cü ilin 23 sentyabr tarixində BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində Sinqapurun xarici işlər naziri K. Şanmuqan ilə görüş keçirib.

Bu barədə Teleqraf.com XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari durumunu yüksək qiymətləndirib, iqtisadi və mədəni sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Habelə, qarşılıqlı səfərlər mübadiləsinin intensivləşdirilməsinin münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyəti vurğulanıb.

Nazir Elmar Məmmədyarov sinqapurlu həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin cari durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Elmar Məmmədyarov K. Şanmuqanı ölkəmizə rəsmi səfərə dəvət edib və onun tərəfindən bu dəvət məmnuniyyətlə qəbul edilib.


Müəllif:

Oxşar xəbərlər