Türkiyənin Elazığ əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Teleqraf.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, həlak olanların sayı 38 nəfərə çatıb.
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.