29 Yanvar 2020 12:47
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 28-də saat 2 radələrində Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində Bakı şəhər sakini X.Şahmuradov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Quba rayon sakini Vahid Yusifovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, həmin gün, gecə saat 2 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ağdam rayon sakini Adil Kərimov vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “MAN” markalı avtomobilin sürücüsü, Qobustan rayon sakini O.Güləliyev saxlanılıb.

Hacıqabul rayonynda daha bir yol qəzası baş verib.

Yanvarın 28-də saat 22 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Bərdə rayon sakini Vüsal Adıgözəlov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Goranboy rayon sakini M.Cəfərovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha bir yol qəzası Balakəndə baş verib.

Yanvarın 28-də saat 20 radələrində Balakən şəhəri ərazisində Talalar kənd sakini R.Cəyiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Sübhan Əfəndiyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər