30 Yanvar 2020 13:38
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Əmbərçay kəndi ərazisində kənd sakini Namiq Hətəmovun idarə etdiyi “VAZ-21063” və Balakən şəhər sakini İ.Kərimovun idarə etdiyi “Mercedes-Vito” markalı avtomobillər toqquşub.

Nəticədə N.Hətəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər