Türkiyənin Van-Bahçesaray magistralında baş verən qar uçqunu nəqliyyatın hərəkətini dayandırıb. Bir mikroavtobus və traktor uçqun altında qalıb.
Teleqraf.com xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər xidmətlər xilasedici fəaliyyətə başlayıblar.
İçərisində 10-15 sərnişinin olduğu avtobusun uçqundan çıxarılması işləri başa çatdırılıb. 5 sərnişin xəstəxanaya yerləşdirilib. Uçqun altında qalan bir neçə nəfərin həyatlarını xilas etmək mümkün olmayıb.
Yağan güclü qar və kəskin duman vəziyyəti ağırlaşıdırıb.