Bakıda beşmərtəbəli yataqxana binasında yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda ev əşyaları yanıb.
Yataqxana binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.