Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonunun Padar qəsəbəsi ərazisində Gəncə şəhər sakini S.Muqumov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şamaxı rayon sakini Fikrət Xəlilovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.