Tovuz rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Mehdiyev həmyerlisi, 1984-cü il təvəllüdlü Aftandil Sultanov tərəfindən bıçaqlanaraq öldürüb.
Elnur Mehdiyev Aftandil Sultanovun yaşadığı Abulbəyli kəndindəki evinin həyətində olan mağazaya oğurluğa girib. Mağaza sahibi kamera vasitəsilə onu görüb və evdən bıçaq götürərək mağazaya gəlib. O, giriş qapısında Elnur Mehdiyevlə rastlaşıb, əlbəyaxa dava düşüb.
Dava zamanı Aftandil Sultanov əlindəki bıçaqla Elnur Mehdiyevin ürəyindən bir neçə zərbə vurub.
Aftandil Sultanov şübhəli şəxs qismində saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda Tovuz rayon Prokurorluğunda istintaq davam edir.