Parlamentin payız sessiyasının ilk plenar iclaslında maraqlı məqam yaşanıb.
eleqraf.com xəbər verir ki, qanunvericilik işləri planının müzakirəsi zamanı millət vəkili, sabiq “ana vətən”çi Zahid Orucdan sonra çıxış növbəsi onun keçmiş sədri, deputat həmkarı Fəzail Ağamalıya çatıb.
Bu məqam iclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərovun diqqətindən yayınmayıb və o, yarıciddi-yarızarafat şəkildə hər iki deputatın ünvanına atamaca atıb:
“Bilmirəm, təsadüfdəndir, nədəndi, bu gün ikinci dəfədir Fəzail Ağamalı Zahir Orucdan sonra çıxış edir”.
Buna cavabında isə Fəzail Ağamalı “Atmacanızı və təbəssümünüzü anlayışla qarşılayıram”- deyə cavab verib.
Nemət