Cəlilabad rayonunda öldürməklə hədələmə cinayəti baş verib.
Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon polis şöbəsinə şəhər sakini A.Nuriyevin həmyerlisi olan bir nəfəri öldürmək istəməsi və bu məqsədlə odlu silah əldə etməsi barədə əməliyyat məlumatı daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Aprelin 17-də saat 4 radələrində rayonun Sərhədabad kəndi ərazisində özünü şübhəli aparan bir nəfər polis əməkdaşları tərəfindən saxlanılıb, onun A.Nuriyev olması müəyyən edilib.
Şəxsi axtarış zamanı ondan “AKMS” markalı avtomat, 1 ədəd patron darağı, 20 ədəd patron və 1 ədəd deşici alət aşkar edilərək götürülüb.
A.Nuriyev izahatında A.B-nı (ad və soyadın başlıqları şərti verilib – red.) öldürmək məqsədilə odlu silah əldə etdiyini bildirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 28,120-ci (qəsdən adam öldürməyə hazırlıq görmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanıb.
Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.