Daxili İşlər Nazirliyi İmişli rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, İmişli rayonu ərazisində şəhər sakini R.Gülməmmədovun idarə etdiyi “KamAZ” və Yalavac kənd sakini Camal Kərimovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.
Nəticədə C.Kərimov hadisə yerində ölüb, xəsarət almış sərnişini F.Həmzəyev, habelə digər sürücü və sərnişini Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib, N.Musayev orada ölüb.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.