İngiltərənin Staffordshire bölgəsində yaşayan 31 yaşlı hamilə qadın 6 yaşlı uşağının sayəsində sağ qalıb.
Teleqraf.com xəbər verir ki, Nicky Levis qan zəhərlənməsi səbəbindən huşunu itirib.
Anasının bayıldığını görən Max onu oyandırmaq istəsə də, cəhdi uğursuz alınıb.
Azyaşlı öncə xalasına, sonra təcili yardıma zəng edib.
Gənc ana xəstəxanaya çatdırılıb. Vaxtında müdaxilə edildiyi üçün xəstə sağ qalıb.