21 May 2020 11:27
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, mayın 19-da, gecə saatlarında naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Məmməd Məmmədovun avtomobilindən 170 manat dəyərində mobil telefonu alıb.

Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vasif Qasımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər