Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər veri ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Hafiz Əsgərov həyat yoldaşı, 1980-ci il təvəllüdlü Könül Əsgərovanı bıçaqlayaraq öldürülüb.
Hadisə qısqanaclıq zəminində baş verib.
Bildirilir ki, ər arvad arasında mübahisə yaşadıqları binanın blokunda yaranıb. Qısqanclıq zəminində yarana mübahisə zamanı Hafiz Əsgərov arvadından gecə saatlarında harada gəldiyini soruşub.
Qadın isə ərinə kobud cavab qaytarıb.
Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı liftə daxil olan qadın əri tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarət alan qadın hadisə yerindəcə ölüb.
Faktla bağlı Binəqədi rayon Prokrorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.