31 May 2020 11:25
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayounda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Mil qəsəbəsində 1971-ci il təvəllüdlü Tahir Muradxanov münaqişə zəminində keçmiş həyat yoldaşı 1970-ci il təvəllüdlü Dilruba Cəfərova ilə mübahisə edib.

Mübahisə zamanı Tahir Muradxanov balta ilə Dilruba Cəfərovanın baş və bədən nayihələrinə çoxsaylı zərbələr vurub.

Qadın ağır xəsarətlərlə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Tahir Muradxanov həbs edilib.

O, törətdiyi əməli etiraf edib.

Faktla cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov