2 İyun 12:03
337

Yasamal rayonunda qadına hücum etməkdə ittiham olunan daha bir nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Bakı şəhər sakini S.Babayevanın içərisində 540 manat pul, təqaüd kartı və sənədlər olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini B.Hacıyev saxlanılıb.

Qeyd edək ki, B.Hacıyev cinayəti Abşeron rayon sakini R.İsmayılov ilə birlikdə törədib.

***

09:55

Bakının Yasamal rayonunda qadına qarşı soyğunçuluq edilib.

Teleqraf.com-un xəbərinə görə, rayonun A.Şərifzadə küçəsində Bakı şəhər sakini S.Babayeva naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs qadını yumruqla vuraraq içərisində 540 manat olan pul, təqaüd kartları və sənədlərini olan əl çantasını alaraq hadisə yerindən qaçıb.

Yasamal rayon Polis İdarəsi və 28-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 1982-cü il təvəllüdlü Ramin İsmayılov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov